Ukraynada döyüşən azərbaycanlı muzdlu .....                     Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu .....                     Məşhur milyonçunun qardaşı hakim qarşısında .....                     Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib .....                     “TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib .....                     Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib .....                     “Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı .....                     İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır .....                     Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi .....                     “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” .....                     Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb .....                     "Son zəng"in səsini heç kim eşitmək istəmir: .....                     PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? .....                     Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını .....                     Aysun getdiyi toylardan görün nələr tələb edir: .....                     "Meyiti palatada gizlədiblər" .....                     Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb .....                     Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə .....                     Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib .....                     “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov .....                     Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən .....                     Şirvan Sənaye ASC-nin səhmdarları .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: .....                     Ramiz Mehdiyevin qızı “təslim olmur” .....                     Eşidib ki, inilti səsi gəlir... .....                     Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu .....                     Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər .....                     SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib .....                     Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı .....                     “Tualet kağızını reklam etmək istəmirəm” .....                     "Eldar, bu iş sənlik deyil, çıx get" .....                     Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər .....                     SOCAR-ın SİRLİ HÜMMƏTİ... .....                     "Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" .....                     Ən çox şikayət olunan sığorta şirkətləri .....                     Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb .....                     Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? .....                     Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... .....                     Naxçıvan küçələrinə işıq gətirəcək .....                 

Texniki Universitetdə NƏLƏR BAŞ VERİR? - İLGİNC FAKTLAR
Tarix: 14-03-2022, 08:17 | Çap et
Texniki Universitetdə NƏLƏR BAŞ VERİR?
DİA.AZ: - Azərbaycan Texniki Universitetinin bir qrup müəllimi yenə də sözügedən ali təhsil ocağında yaşanılan neqativ olaylar haqqında həyəcan təbili çalmaqdadırlar. Xatırladaq ki, AzTU ilə bağlı buna qədər də ilginc faktları təqdim etmişdik, amma görünəni odur ki, hələ də aidiyyatı qurumlar susmağa üstünlük verirlər. Biz isə DİA.AZ-a göndərilən növbəti müraciəti təqdim edirik:

Əvvəli burada: Texniki Universitetin rektoru haqda YENİ İDDİALAR... - RƏSMİLƏR NƏDƏN SUSUR?

"Tədrisin pozulmasının gözə görünən əlamətlərindən biri kimi isə, əvvəlki yazılarımızda da qeyd etdiyimiz kimi, onu göstərmək olar ki, universitetdə auditoriyalar boşaldılır, otaqlar işə yeni qəbul edilənlərin iş otaqlarına, kabinetlərinə, yeməkxanalara, bufetlərə, ofislərə çevrilir, partalar isə auditoriyalardan zirzəmilərə daşınır. Bunu “partaların daşınması epopeyası” adlandırmışdıq. Bu epopeya da davam etməkdədir. Sanki, universitet tədris müəssisəsi kimi ləğv edilir, nə isə başqa bir şeyə çevrilir. Elə əslində belə də edilir.

Universitetdə tədris prosesinin nisbətən qısa müddətdə, cəmi iki il yarımda bu vəziyyətə salınması sanki zəif tələbənin xəyallarının həqiqətə çevrilməsinə bənzəyir. Yəni oxumaq istəməyən, zəif tələbədən soruşsaydılar ki, təhsilin necə olmasını istəyirsən, yəqin ki, o, cavab verərdi ki, biz oxumayaq, yazmayaq, kurs işi və s. verməyək, dərsə hazırlaşmayaq, bizdən heç nə soruşmasınlar, imtahanda ağzımıza gələni danışaq və ya heç nə danışmayaq və bizə müvəffəq qiymət versinlər, müəllimləri isə bizim yerimizə oxutsunlar, hər şeyi onlardan tələb etsinlər və hərdən bir də cəzalandırsınlar. İndi AzTU-da vəziyyət demək olar ki, bu vəziyyətdədir.

Gülməlidir? Bəli, gülməlidir, həm də ağlamalıdır. Yəni tragikomediyadır. Baxın, Vilayət Vəliyev Texniki Universitetdə rektor olduğu müddətdə universiteti bu cür tragikomik, ağlar günə gətirib çıxarıb. Hələ dalını da bu istiqamətdə davam etdirməkdədir. Səbəbi isə odur ki, o, doğrudan da zəif tələbə olub və indi gəlib, rektor vəzifəsinə qoyulub. V.Vəliyev ali təhsilini BDU-da alıb, riyaziyyat ixtisası üzrə. Onunla bir qrupda oxuyan, tələbəlik vaxtında onu yaxşı tanıyan bir neçə tələbə yoldaşından müxtəlif kanallarla onun haqqında bizə məlumat gəlib çatır. Deyirlər ki, ümumiyyətlə o, zəif, necə deyərlər boz tələbə olub, başqalarından heç bir yaxşı əlaməti ilə seçilməyib. Universitetə isə texniki peşə məktəbindən gəlib, daxil olub. Adama yovuşmaz, qaradinməz, kinli, paxıl adam olub, heç kimlə dostluq edə bilməyib, dostluğu uzunsürən olmayıb, bəlkə, psixoloji problemləri də olub. O, göründüyü kimi, indi də bu əlamətlərə malikdir. Əsəblə bağlı problemləri də görünür.

Yəqin ki, V.Vəliyev universiteti bitirəndən sonra görüb ki, riyaziyyat ixtisasında pul çıxmır,

ikinci ali təhsil kimi yenə BDU-da hüquq fakültəsini bitirib. Ancaq, onun hüquqşünas kimi də heç bir səviyyəsi görünmür. Sonra, yəqin bundan da bir şey çıxmayıb, üz tutub iqtisadiyyata, gedib iqtisadçı olub. İnsan bir sahənin mütəxəssisi olmaq üçün ilk növbədə həmin sahədə ali təhsil almalıdır. O isə iqtisadiyyat ixtisası üzrə ali təhsil almayıbsa, dissertasiya müdafiə etməsinə baxmayaraq, necə iqtisadçı ola bilər? O, iqtisadiyyatdan hər hansı bir mövzuda mühazirə oxuya bilərmi, çətin ki. Təkcə dissertasiya müdafiə etməklə deyil, onun bacarığı və qabiliyyəti göz qabağındadır.

V.Vəliyevin qabiliyyəti ancaq bir istiqamətə yönəlib – özünü reklam etmək, şou düzəltmək, özünün haqqında, müasir dillə desək, piar yaratmaq, özünü işləyən, fəal kimi göstərmək və bu yolla vəzifədə qalmaq. Ətrafına da bu tələblərə cavab verən adamları, yəni şou və piar yarada bilənləri toplayıb ki, bu işdə ona kömək etsinlər. Onlar da doğrudan da bu istiqamətdə onun üçün çox işlər görürlər. Məsələn, keçən yazılarımızın birində yazmışdıq ki, bu ilin yanvar ayının 8-də AzTU saytında maraqlı bir məlumat çıxdı. Məlumatda deyilirdi ki, rektor Vilayət Vəliyevə “İlin ən fəal rektoru” mükafatı təqdim edilib. Aydındır ki, o dəqiqə sual yaranır ki, onu bu mükafata layiq görən hansı dövlət qurumu və ya ictimai təşkilatdır? AzTU saytında verilən kiçik məlumatdan aydın oldu ki, V.Vəliyevi bu mükafata bir informasiya portalı (yəni sadəcə desək, informasiya saytı) 2021-ci ilin yekunları ilə bağlı keçirilən virtual sorğunun qaliblərindən olduğu üçün layiq görüb. Bundan sonra məlumatda deyilirdi ki, portalda keçirilən virtual sorğuda iştirak edən respondentlər 2021-ci il ərzində rəhbərlik etdiyi universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsində, beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsində, TƏLƏBƏ HÜQUQLARININ qorunması və onların ideyalarının dəstəklənməsində mühüm xidmətlər göstərən ÜÇ ALİ TƏHSİL MÜƏSSİSƏSİ REKTORUNU “İlin ən fəal rektoru” seçiblər. Məntiqi olaraq, belə bir sual yaranı ki, görəsən mükafata layıq görülən digər iki rektor kimdir? Təbiidir ki, biz bunu öyrənmək və bu haqda daha ətraflı məlumat almaq məqsədi ilə həmin portalın saytına daxil olaraq, həmin məlumatı orada tapdıq. Belə düşünmək olardı ki, Texniki Universitet həmin məlumatın öz rektoruna aid olan hissəsini dərc edib və portalın saytında isə müsabiqə qalibi olan digər iki rektorun da adları göstəriləcək. Ancaq təəccüblə aşkar etdik ki, portalın saytında da birin-birə AzTU saytında olan məlumat verilib, guya ki, qalib olan digər iki rektorun isə kim olduğu göstərilmir. Həmin məlumat da sabahı gün dərhal saytın giriş səhifəsindən götürüldü. Bu faktlar hər bir normal adamı bu məsələ haqqında müəyyən qənaətə gəlməyə istiqamətləndirir".

DAVAMI VAR...

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Bu gün, 16:25
Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Bu gün, 16:23
Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Bu gün, 16:19
Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Bu gün, 16:15
“TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Bu gün, 16:14
Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Bu gün, 15:05
“Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Bu gün, 15:03
İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Bu gün, 14:56
Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Bu gün, 14:54
“Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Bu gün, 14:51
Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Bu gün, 14:46
"Son zəng"in səsini heç kim eşitmək istəmir: - Məktəblər niyə valideynləri borca salır?
Bu gün, 14:02
PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? - AKTUAL
Bu gün, 14:00
Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 13:58
Aysun getdiyi toylardan görün nələr tələb edir: - POMİDOR-XİYAR, QƏND, ÜTÜ...
Bu gün, 13:02
"Meyiti palatada gizlədiblər" - Əməliyyatdan sonra qadın ölümü ilə bağlı iddia
Bu gün, 13:00
Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb – Rəsmi
Bu gün, 12:57
Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə QƏRAR VERDİ
Bu gün, 12:52
Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 12:49
“Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb
Bu gün, 12:42
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən sabiq idarə rəisinin cəzası azaldılıb
Bu gün, 12:40
Şirvan Sənaye ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 12:37
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:36
Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: - “Məndə olan gözəllik onda yoxdur”
Bu gün, 12:32
Ramiz Mehdiyevin qızı “təslim olmur” - TƏFƏRRÜAT
Bu gün, 12:28
Eşidib ki, inilti səsi gəlir... - 18 yaşlı Elgünün cinayətinin dəhşətli təfərrüatı
Bu gün, 12:27
Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu - Görünməmiş dələduzluq
Bu gün, 12:22
Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər
Bu gün, 12:20
SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib - YENİ FAKTLAR...
Bu gün, 12:17
Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı - 85 minlik DƏLƏDUZLUQ
Bu gün, 12:15
“Tualet kağızını reklam etmək istəmirəm”
Bu gün, 12:09
"Eldar, bu iş sənlik deyil, çıx get" - ÇAĞIRIŞ
Bu gün, 12:00
Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər - “Fox News Digital”
Bu gün, 11:58
SOCAR-ın SİRLİ HÜMMƏTİ... - Burada haqqı deyənlər haqqı əzənlərə qurban verilir...
Bu gün, 11:51
"Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" - QALMAQAL
Bu gün, 11:25
Ən çox şikayət olunan sığorta şirkətləri - SİYAHI
Bu gün, 11:18
Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb
Bu gün, 11:17
Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? - Görünəni odur ki...
Bu gün, 11:12
Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... - DAYANACAQMI?
Bu gün, 11:10
Naxçıvan küçələrinə işıq gətirəcək - TENDERİN ÜZÜ İŞIQ GÖRMƏDİ
Bu gün, 11:06
Üzr istəmək kifayət etməyəcək: - Nəhəng şirkətlərin Rusiyaya qayıdış şərtləri açıqlandı
Bu gün, 10:59
Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? - ARAŞDIRMA
Bu gün, 10:57
Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi - Yekun qərar verildi
Bu gün, 10:53
"Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı
Bu gün, 10:52
Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır - İNCƏLƏMƏ
Bu gün, 10:49
Müxalifətin Paşinyanı yola salmaq axtarışları - Liderlərin sözü üst-üstə düşmədi
Bu gün, 10:48
TƏBİB-in tabeliyində olan qurum lisenziyaların müddətlərinin uzadılmasına 4.8 milyon xərcləyəcək
Bu gün, 10:42
Paşinyanı impiçmentlə devirmək mümkün deyil - Akop Aslanyan
Bu gün, 10:34
Azərbaycanda elektron pul təşkilatının rəhbəri dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 10:29
Film çəkdirib pulunu vermir: İŞ MƏHKƏMƏDƏ... - AXI NİYƏ?..
Bu gün, 10:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru