Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI .....                     Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... .....                     Qiymətlər kəskin artacaq, bundan sonra... .....                     Suraxanı sakinlərinin SU ÇİLƏSİ .....                     Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə .....                     "Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?" .....                     Lerikdə vəzifə saxtakarlığı: .....                     Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi .....                     1,2 milyon vergi borcu olan şirkət kimindir? .....                     "Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" .....                     Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU .....                     Azərbaycanda nazir koronovirusa yoluxdu .....                     Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib .....                     Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb .....                     Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir .....                     Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq .....                     AAYDA-da nə baş verir? .....                     AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? .....                     Hamı Türkiyədə Putinlə görüşə hazırdır .....                     “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib .....                     “Ərimin səhvi də düzdür” .....                     Türkiyənin təklifinin alternativi müharibədir .....                     “Bizdə porno çəkilmir, öpüşə bilmirlər, .....                     Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik .....                     Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... .....                     Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır .....                     Kreml Köçəryanı “qurban verir” .....                     Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır .....                     PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır .....                     Yer kürəsinə ən yaxın planet açıqlandı .....                     Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər .....                     Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? .....                     "Qələt edir" .....                     Azərbaycanın yeni hərbi prokuroru kimdir? .....                     Generalı nazir əvəzlədi .....                     Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb .....                     Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib .....                     Küçədə döyülərək öldürülən məktəblinin .....                     Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu .....                     “Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” .....                 

Vilayətin TƏHSİL MUXTARİYYƏTİ... - İSTƏDİYİNİ EDİR...
Tarix: 2-07-2022, 10:05 | Çap et
Vilayətin TƏHSİL MUXTARİYYƏTİ...
DİA.AZ: - "Azərbaycan dramaturgiyasının əsasını qoyan böyük Mirzə Fətəli Axundov “Sərgüzəşti mərdi xəsis” (yəni “Xəsis kişinin sərgüzəştləri”, bizə bu komediya “Hacı Qara” adı ilə daha yaxşı tanışdır), “Sərgüzəşti vəziri xani Lənkəran” və digər komediyalarında dövrünün naqisliklərini gülüş yolu ilə tənqid edərək, aradan qaldırmağa cəhd edirdi. O vaxtdan 200 il ötsə də, bu gün də ətrafımızda komediyaya bənzər sərgüzəştlər baş verməkdədir. Bu sərgüzəştlər vəzifəli şəxslərin “fəaliyyəti” ilə bağlı olduqda isə nəticəsi ətrafdakılar üçün daha acınacaqlı olur. Belə sərgüzəştlərdən biri Azərbaycan Texniki Universitetin rektoru Vilayət Vəliyevin vəzifə fəaliyyəti ilə bağlıdır". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Əvvəli BURADA: Gənc nazir Tenxiki Universitetə GÖZ ATACAQMI?.. - Belə davam edərsə...

DİA.AZ müraciətin davamını təqdim edir: "Bir məsələni də xüsusi qeyd etmək pis olmazdı. Vilayət Vəliyev 2019-cu ildə AzTU-ya təzə rektor təyin ediləndə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlıdan və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovdan məsləhətlər alırdı. Vilayət Vəliyevin hər kiçik bir şeydən şou düzəltmək, dərhal bunun haqqında məlumatı universitet saytında yerləşdirmək, piar yaratmaq adəti Ədalət Muradovdan gəlmədir. İqtisad Universitetinin internet saytı da bu cür işləyir. Vilayət Vəliyev Ədalət Muradovun bir neçə “çox qiymətli iqtisadçı kadrını” da AzTU-da işə qəbul edib. Vilayət Vəliyev Ədalət Muradovun məsləhəti ilə Texniki Universiteti texniki ali təhsil müəssisəsi kimi məhv edərək, onu ikinci iqtisad universitetinə çevirir. Üç il əvvəl AzTU-da “Mühəndis biznesi və menecment” fakültəsi var idi. Heç bu da Texniki Universitetin profilinə bir o qədər uyğun deyildi, ancaq bununla az-çox razılaşmaq olardı. V.Vəliyev isə həmin fakültəni dəyişdirərək, “İqtisadiyyat və idarəetmə” fakültəsinə çevirib ki, bu da AzTU-nun profilinə tamamilə yad bir fakültədir, burada öz yaxın qohumlarını, yerlilərini toplayıb (başda yaxın qohumu, dekan Fərqanə Musayeva olmaqla). İndi isə V.Vəliyev bu üç ildə elə ustalaşıb ki, artıq o, Ədalət Muradovdan öyrənmir, Ədalət Muradov Vilayət Vəliyevdən öyrənir. Bəli. 14 iyun 2022-ci il tarixdə diaaz.space saytında ““İqtisad Universitetində müəmmalı “islahat” - Kafedralar ləğv edilir, professorlar “ofsayd”a salınır” adlı məqalə dərc edildi. Burada biz Vilayət Vəliyevin bizə yaxşı tanış olan dəst-xəttini gördük. Gördük ki, Vilayət Vəliyevin AzTU-da həyata keçirdiyi, bizim yuxarıda söylədiyimiz kafedraların birləşdirilərək, hər fakültədə cəmi 2, 3 kafedra saxlanılması və professorların məsləhətçi-professor vəzifəsinə keçirilərək, tədrisdən və universitetdən kənarlaşdırılması əməliyyatını indi Ədalət Vəliyev həyata keçirir. Ancaq, ədalət naminə deməliyik ki, bu işdə birincilik “bizim rektorumuza” – Vilayət Vəliyevə məxsusdur və Ədalət Muradov isə bu işi ondan öyrənib.
Vilayət Vəliyev müəllimlərə qarşı mənəvi və psixoloji təzyiq tətbiq etməyi, onları daim gərginlik altında saxlamağı, gözüqorxaq etməyi isə Mustafa Babanlının məsləhətlərindən mənimsəyib. Bundan başqa, Mustafa Babanlı AzTU-da işlədiyi müddətdə universitet heyətini tanıdığından, kiminlə nə dərəcədə sərt rəftar etmək haqqında da V.Vəliyevə məsləhətlər verib, tanıdığı adamlar haqqında dosye verib. Bu da, əlbəttə ki, M.Babanlının şəxsi münasibətinin kimə necə olmasında asılıdır. M.Babanlının isə işlədiyi Metallurgiya fakültəsində və kafedrada çox adamlarla şəxsi münasibəti pis idi. Məsələn, belə bir fakt gətirək. M.Babanlı AzTU-da kafedra müdiri seçilərkən kafedra iclasında keçmiş kafedra müdiri Rəhim Şükürov deyib ki, M.Babanlı tələbələrdən pul yığıb, M.Babanlı isə bunu etiraf edərək, deyib ki, o, bunu Rəhim Şükürovun tapşırığı ilə edib və pulu ona verib. Bu mübahisə kafedra iclasında, hamının qarşısında baş verib. Bundan əlavə, indi AzTU-da Elm və İnnovasiyalar üzrə prorektor olan Sübhan Namazovla M.Babanlı arasında rəqabət və intriqa zəminində şəxsi düşmənçilik mövcuddur. Bu faktlar Metallurgiya fakültəsinin əməkdaşlarına yaxşı məlumdur. İndi Mustafa Babanlı həmin şəxsi münasibətlərini bütün Texniki Universitetə qarşı çevirib və universitetə düşmən kəsilib. Bir vaxtlar Mustafa Babanlı AzTU-da Beynəlxalq əlaqələr üzrə prorektor olanda, o vaxtkı rektor Havar Məmmədovun qarşısında o yan bu yana qaçır, ona təzim edir, gördüyü işlər haqqında əsgər kimi farağat dayanaraq, məruzə edir və əsgər kimi geriyə dönərək, sıra addımı ilə uzaqlaşardı. O, AzTU-da prorektor olmasaydı, yəqin ki, onu ADNSU-ya rektor da təyin etməzdilər. Amma, indi o da AzTU-dan bacardığı kimi intiqam alır. Üç il əvvəl ali təhsil sistemində yeni ixtisasların nomenklaturası hazırlanarkən, Mustafa Babanlı Təhsil Nazirliyi tərəfindən bu məsələni həll etməli olan nazirlik komissiyasının sədri təyin edilmişdi. Bu zaman o, başqa universitetlərin nümayəndələrinin fikirlərinə məhəl qoymayaraq, bu məsələni təkbaşına, öz metallurq düşüncəsi ilə həll etdi və AzTU-da mütəxəssis hazırlığı aparılan 30-a yaxın texniki ixtisası bir-biri ilə birləşdirdi və ləğv etdirdi. Budur onun da AzTU-ya vurduğu zərbə. BƏDBƏXT AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ, həm daxildən, həm də xaricdən görün necə zərbələrə məruz qalır! Mustafa Babanlı AzTU-nun acığına Azərbaycanın texniki ixtisaslar nomenklaturasını eybəcər və yarımçıq şəklə saldı, bundan isə daha çox AzTU deyil, Azərbaycan zərər çəkəcək. Yəni Azərbaycanın ali təhsilində hazırlanan texniki ixtisasların nomenklaturası Mustafa Babanlının şəxsi intriqaları zəminində həll olunur. Ümumiyyətlə, bizdə bir nəfəri hər hansı komissiyanın sədri təyin edəndə, sədr elə hesab edir ki, bütün qərarları o təkbaşına qəbul etməlidir, komissiya üzləri isə onun verdiyi qərara səs verməklə təsdiq etmək üçündürlər. Bu da bizə Sovet dövründən qalma, bolşevik praktikasıdır".

DAVAMI VAR...

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
Bu gün, 00:53
Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... - deputatdan AÇIQLAMA
Bu gün, 00:44
Qiymətlər kəskin artacaq, bundan sonra... - Əhaliyə PİS XƏBƏR
Bu gün, 00:40
Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
Bu gün, 00:38
Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə - GƏLİŞMƏ
Bu gün, 00:31
"Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?"
Bu gün, 00:28
Lerikdə vəzifə saxtakarlığı: - Kommunal birliyin rəisi və məktəb direktoru cəzalandırıldı
Bu gün, 00:26
Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi
Dünən, 23:00
1,2 milyon vergi borcu olan şirkət kimindir? - İLGİNC
Dünən, 22:58
"Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" - İŞƏ POLİS QARIŞDI
Dünən, 22:29
Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU - TƏFƏRRÜAT
Dünən, 22:26
Azərbaycanda nazir koronovirusa yoluxdu - FOTO
Dünən, 22:23
Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib - ƏMR
Dünən, 22:21
Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb - FAKT BUDUR!
Dünən, 19:02
Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq - GƏLİŞMƏ
Dünən, 18:58
AAYDA-da nə baş verir? - Vergi borcu milyonlarla manata çatır
Dünən, 18:11
AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? – Bağlandığı DEYİLMİŞDİ
Dünən, 18:10
Hamı Türkiyədə Putinlə görüşə hazırdır - Zelenski
Dünən, 18:06
“Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib - DÖVLƏTİN GƏRƏKƏN REAKSİYASI...
Dünən, 18:05
“Ərimin səhvi də düzdür” - Ofeliya Şabanova
Dünən, 18:03
Türkiyənin təklifinin alternativi müharibədir - ŞƏRH
Dünən, 18:02
“Bizdə porno çəkilmir, öpüşə bilmirlər, ət tökəndilər, o qədər əcaib səslər çıxarırlar ki...”
Dünən, 18:00
Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik - Paşinyan BELƏ DEYİR...
Dünən, 17:58
Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 17:54
Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır - ETİRAZ
Dünən, 17:49
Kreml Köçəryanı “qurban verir” - GƏLİŞMƏ
Dünən, 17:45
Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır – Kremldən gözlənilməz QƏRAR
Dünən, 17:42
PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır - ÇÜNKİ...
Dünən, 17:41
Yer kürəsinə ən yaxın planet açıqlandı – Beş saata çatmaq mümkündür
Dünən, 17:38
Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər
Dünən, 17:34
Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? - İLGİNC FAKT
Dünən, 17:33
"Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
Dünən, 17:29
Azərbaycanın yeni hərbi prokuroru kimdir? - Fotolar
Dünən, 17:27
Generalı nazir əvəzlədi
Dünən, 17:23
Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb - KİV
Dünən, 17:21
Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:19
Küçədə döyülərək öldürülən məktəblinin - Fotosu
Dünən, 16:21
Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu - DETALLAR
Dünən, 15:54
“Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” - TƏFƏRRÜAT
Dünən, 15:50
Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib
Dünən, 15:48
"Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:19
İmişlidəki qalmaqala deputatdan REAKSİYA - DEPUTAT DANIŞDI
Dünən, 15:16
“Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir - İLGİNC FAKTLAR...
Dünən, 15:13
İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
Dünən, 15:08
Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi – Yeni detallar
Dünən, 15:04
Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib - HƏBSİ GÖZLƏNİLİR
Dünən, 15:00
Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər - AKTUAL
Dünən, 14:02
Ermənistanı seçkilər və riskli gələcək gözləyir - NƏ BAŞ VERİR?
Dünən, 14:00
“Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Dünən, 13:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru